Ankarada terrorun törədildiyi avtomobilin sahibi məlum oldu - FOTO
14 Mart 2016 10:42 DünyaAnkarada törədilən terrorda istifadə olunan "BMW" markalı avtomobil bu il yanvarın 10-dan axtarışda olub. report bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.Məlumata görə, Türkiyənin Şanlıurfa şəhərinin yaşlı sakininə məxsus olan avtomobil bu il yanvarın 10-da oğurlanaraq, elə həmin gün Diyarbəkirə aparılıb.Xəbərdə bildirilib ki, fevralın 27-də Ankara polisi şəhərin "Kızılay" bölgəsində mina quraşdırılmış avtomobili axtarırmış.Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların da öldüyü bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00