Məşhur kurortda gülləbaran: 22 ölü, onlarla yaralı
14 Mart 2016 10:22 DünyaKot-d-İvuarın cənubunda, paytaxt Abicandan şərqdəki Qran-Bassam kurortunda qanlı terror aktı törədilib. Terrorçular "L'Etoile du Sud" otelinə hücum ediblər.Mill.Az CNN-ə istinadən bildirir ki, terakt nəticəsində 14 mülki şəxs və 2 hərbçi həlak olub.Şahidlərdən biri deyib: "Balaca oğlan diz çöküb terrorçulara yalvarır, "Məni öldürməyin!" deyir, ağlayırdı. Amma terrorçular ona atəş açdılar. Bir qadını başından vurdular".Marsel Qay adlı turist isə söyləyib ki, terrorçulardan biri çimərlikdə uşaqlarla ərəbcə danışıb və onlar kəlmeyi-şəhadətlərini deyə bildikləri üçün uşaqları öldürməyib. Həlak olanların arasında 4 avropalı var. İlkin məlumatlara görə, terrorçuların hədəfləri amerikalı diplomatlar idilər.Ölkə prezidenti Alassakn Uattaranın dediyinə görə, atışmada 6 terrorçu da məhv edilib."İslam Məğribində Əl Qaida" terror təşkilatının hazırladığı terror aktını gerçəkləşdirənlər AK-47 avtomatları və əl qumbaraları ilə silahlanmışdılar. Üzlərində maska olan terrorçular "L'Etoile du Sud" otelinin qarşısındakı çimərlikdə istirahət edənlərə atəş açıblar.Qran-Bassam kurortu Qərb ölkələrindən olan turistlər və yerli sakinlər arasında populyardır."İslam Məğribində Əl Qaida" terror təşkilatı bu aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb. Terror təşkilatı bu ilin yanvarında Burkina-Fasonun paytaxtı Uaqadaquda iki otelə və restorana hücum etmişdi.