XİN rəhbəri: “Avstraliyanın Türkiyədəki səfiri Ankaradakı partlayışın 20 metrliyində olub”

Ankarada törədilən partlayış anında Avstraliyanın Türkiyədəki səfiri Ceyms Larsen hadisə yerindən 20 m aralıda, xidməti avtomobilində olub.APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib."Mən onunla telefonla danışdım. O böyük sarsıntı keçirib, indiyədək özünə gələ bilmir", deyə C.Bişop qeyd edib.Nazir əlavə edib ki, partlayış nəticəsində Avstraliya vətəndaşları zərər çəkməyib.Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb. 34 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00