"Ankaradakı partlayışı PKK terror təşkilatı törədib"
14 Mart 2016 06:18 Dünya"Reuters" xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib. APA xəbər verir ki, "Reuters" xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən verdiyini bildirib.Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00