Ankarada güclü partlayış: 27 ölü və 75 yaralı
13 Mart 2016 22:34 DünyaTürkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Partlayışın gücündən yaxınlıqdakı avtomobil və binalar da zərər görüb.Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.Hazırda ikinci partlayış təhlükəsi ehtimal olduğundan polis ətraf əraziləri boşaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00