Rusiyanı hədələyən NATO generalı vəzifəsindən getdi

NATO-nun Avropa komandanlığında rəhbər vəzifənin təhvil verilmə mərasimi 2016-cı ilin yazında olacaq.NATO-nun şurası ABŞ generalı Kertis Skaparottinin alyansın Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı təyin olunmasını bəyənib.RİA Novosti xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.Məlumata əsasən, general Skaparotti onun təsdiq olunma prosesi ABŞ-da başa çatandan sonra vəzifəsinin icrasına başlayacaq və NATO-nun Avropada BSQ-nin baş komandanı general Filip Bridlavı əvəz edəcək.Qeyd olunur ki, hazırda general Skaparotti ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada komandiridir.Avropada NATO BSQ-nin komandanlığının Bridlavdan Skaparottiyə verilməsi mərasimi 2016-cı ilin yazında olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00