Rusiya Şimali Qafqazı "Qrad" atəşinə tutdu

Rusiya ordusu Cənub hərbi dairəsi artilleriya hissələri Şimali Osetiya, Dağıstan, İnquşetiya və Çeçenistanda təlimlərə başlayıblar. Avropa.info bildirir ki, təlim zamanı rus ordusunun ən yeni radiolokasiya kompleksi "Zoopark-1" sistemi, "Mstsa-S" artilleriya qurğusu, modernləşdirilmiş "Tornado-Q", "Qrad", "Uraqan" reaktiv sistemləri, tank əleyhinə "Ştrum-S" raket kompleksi, "Podnos", "Sani" minaatanları sınaqdan keçiriləcək. Məlumatı Cənub dairəsinin mətbuat xidməti yayıb. Təlimlərin yeni növ silahları sınaqdan çıxarmaq, motoatıcı, tank birləşmələrini HHM və aviasiya ilə əlaqələndirməyi nəzərdə tutur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00