Ancelina Coli dayəni evdən qovdu - qısqanclığa görə

Hollivudun ən gözəl aktrisalarından sayılan Ancelina Coli həyat yoldaşı Bred Piti uşaqların dayəsi ilə xəyanət etməkdə günahlandırıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu cütlüyün yaxın adamları danışıb: "Coli evdəki işçilərdən hər zaman razı idi. Uşaqların dayəsi ilə də arası yaxşıdır. Əslində, çox adam ulduz cütlüyün evində işləmək istəsə də, şəraitin çox sərt olması bəzilərini bundan uzaq tutub. Bred hamıyla dostcasına davransa da, Coli bu məsələdə daha ciddidir. Bir müddət əvvəl Ancelina Bredlə dayənin arasında xüsusi yaxınlaşmanın olduğunu görərək şübhələnməyə başlayıb. Sonuncu dəfə onları mətbəxdə mehriban söhbət edərkən görən Ancelina dayə ilə ciddi şəkildə mübahisə edərək onu evdən qovub."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00