Lavrov: “Moskva və Pekin Şimali Koreyanın nüvə silahı ilə bağlı ambisiyalarını qəbul etmir”
11 Mart 2016 13:43 DünyaMoskva və Pekin Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl edəcəyinə ümid bəsləyir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. "Ümid edirik ki, Şimali Koreya tərəfi müvafiq nəticə çıxararaq BMT TŞ-nin tələblərinə əməl edəcək", - deyə o, söyləyib. S. Lavrov Moskva və Pekinin Şimali Koreya Xalq Demokratik Respublikasının nüvə silahı ilə bağlı ambisiyalarını tanımadığını bildirib: "Koreya yarımadasındakı vəziyyət regionda silahlanma üçün bəhanə kimi istifadə olunmamalıdır. Rusiya da, Çin də Şimali Koreyanın raket və nüvə proqramının gələcək inkişafına mane olmaq üçün tədbirlərin görülməsinin tərəfdarıdırlar".