Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri iştirak edir. Təlimlərə mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00