Vyetnam veteranı İŞİD-i vurur

ABŞ Hərbi-Hava Qüvvələrinin Vyetnam savaşında istifadə etdikləri "North American OV-10 Bronco" qırıcıları "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı əməliyyatlara cəlb olunub. Partizanlara qarşı istifadə edilən bu təyyarələrin istehsalına 1967-ci ildə başlanmış, 356 təyyarə buraxılmışdı. Təyyarələrin seriya istehsalı 1976-cı ildə dayandırılmış, ABŞ-ın HHQ-si isə bu təyyarələrdən 1994-cü ildə imtina etmişdi. OV-10 hazırda bir neçə ölkənin hərbi-hava qüvvələrindədir. İndisə ABŞ bu təyyarələrdən İraqda İŞİD-ə qarşı keçirilən "Inherent Resolve" əməliyyatında yararlanır. Turbovintli reaktiv OV-10 təyyarələri 82 gündə 134 döyüş uçuşu ediblər. Amerikalı polkovnik Brayan Devisin dediyinə görə, OV-10 təyyarələrinin üstünlüyü onların havaya qalxmaq üçün çox qısa uçuş zolağından istifadə etməsi, habelə çox aşağıdan uça bilməsidir. "Bahalı F-15S və ya F/A-18 S təyyarələrindən fərqli olaraq, Ov-10-lar çox sərfəlidir. Məsələn, əgər F-15-in hər uçuşu təqribən 40 min dollara başa gəlirsə, OV-10-un uçuşda olduğu hər saat maksimum 1000 dollarlıq xərc tələb edir", - Devis deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00