Rusiya ordusunun daha 2 polkovniki ifşa edildi

Ukrayna kəşfiyyatı Donbasda separatçılar tərəfində müharibə cinayətlərinə imza atmış Rusiya ordusunun peşəkar zabitləri haqda yeni faktlar ortaya çıxarıb. Avropa.info bildirir ki, Ukrayna MN Baş Kəşfiyyat idarəsinin verdiyi məlumata görə, hal-hazırda Rusiyanın hərbi təcavüzünü həyata keçirən iki polkovnikin adı məlumdur. Onlardan biri Donetskdə "mühəndis xidmətinin sədri" vəzifəsində çalışan Rusiya ordusu Cənub dairəsi qoşunlarının hərbi qulluqçusu polkovnik Usmanov Zalibek Kasumoviçdir. Digər şəxs "7-ci motoatıcı briqadanın HHM sədri" Rusiya ordusunun polkovniki Frolov Denis İqoreviçdir. Daha əvvəl Ukrayna kəşfiyyatı Donetskdə separatçıların ordusuna komandanlıq edən, rus ordusunun kadr zabiti general-mayor Asapov Valeri Qriqoriviçin kimliyini müəyyən etmişdi. Ukrayna ordusu Baş Qərargahının hesablamalarına görə, işğal olunmuş Donetsk və Luqansk vilayətlərində Rusiya ordusunun 7 minə yaxın zabiti var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00