Erməni hərbçilər qəzaya düşdülər: 3-ü öldü

Yerevan-Mehri avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində Ermənistan ordusunun müqavilə əsasında xidmət edən 3 hərbçisi ölüb, ikisi yaralanıb. Report bildirir ki, bu haqda Ermənista KİV-i məlumat yayıb. Hadisə nəticəsində ölən hərbçilərin adları da açıqlanıb: 30 yaşlı Karen Karapetyan (Armavir vilayətinin Şenavan kənd sakini), 35 yaşlı Vaan Qukasyan (Ararat vilayəti, Ayqezard kəndi), 30 yaşlı Ruslan Arutyunyan (Armavir vilayəti Sisi kəndi). Məlumata görə, qəza Karen Karapetyanın idarə etdiyi "Opel" markalı avtomobilin yoldan çıxaraq, dərəyə yuvarlanması nəticəsində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00