30 minlik İraq ordusu Mosula girir
10 Mart 2016 13:08 DünyaMosulun azad edilməsi üçün 30 min İraq hərbçisi səfərbər olunacaq. Axar.az bildirir ki, bu barədə İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn məlumat verib. Onun sözlərinə görə, şəhərin İŞİD-dən geri alınması üçün xüsusi hazırlıqlar davam etdirilir. "Şəhərdə yaşayan vətəndaşların təhlükəsizliyini qorumaq əsas vəzifəmizdir. Mosulun azad edilməsində əsas yük koalisiya qüvvələrinin üzərinə düşəcək", - millət vəkili qeyd edib. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidentinin İŞİD-lə mübarizə məsələləri üzrə köməkçisi Mak Qurk Mosulun azad edilməsi üçün yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00