Məşhur müğənni Volkan Konakın ailəsində ağır itki baş verib. Milli.Az "Hürriyet"ə istinadən bildirir ki, sənətçinin anası Saynur Konak bu gün səhər saatlarında dünyasını dəyişib. Anasının ölümündən sarsılan Konak konsertini ləğv edib. Sənətçi anasının xəstəxanada çəkilmiş fotosunu twitterdə paylaşaraq "Ürəyimdəsən, gözlərin mənə baxsın" şərhini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00