Amerikalı general: "Rusiyanin S-400-ləri qarşısında acizik"

ABŞ-ın Hərbi Hava Qüvvələrinin yüksək vəzifəli komandanı, general Ceyms Holms Rusiyanın hərbi gücünü etiraf edib. Publika.az bildirir ki, amerikalı general "National Interest" jurnalına müsahibəsində Rusiya istehsalı olan "S-400" hava-raket kompleksinin malik olduğu hərbi imkanlardan danışıb: "ABŞ Müdafiə Nazirliyi indiyədək Rusiya və Çinin hərbi hava sahəsində qazandığı nailiyyətləri nəzərə almayıb. Bu səbəbdən də ABŞ Hərbi Hava Qüvvələri "S-400" kompleksi qarşısında aciz və müdafiəsiz qalıb. İndi ABŞ Hərbi Hava Qüvvələri və Donanması daha güclü yeni nəsil hava hücumundan müdafiə sistemlərinə və təyyarələrə malik olmaq üçün müvafiq işlərə başlayıb. Yeni layihələr böyük investisiyalar tələb etdiyi üçün "F-22" qırıcı təyyarələrinin istehsalı dayandırılmayacaq. Sadəcə olaraq bu təyyarələrin üzərində ciddi iş aparılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00