İŞİD bunu da etdi

Artıq bir neçə ildir əsasən İraq və Suriya ərazisində həyata keçirdiyi qorxulu edam üsulları ilə bəşəriyyəti dəhşətə gətirən İŞİD qruplaşması bu dəfə də kimyəvi silahdan istifadə edib.anspress bildirir ki, bu barədə Kərkük şəhərinin meri Nəcməddin Kərim məlumat verib. Kərim Kərkükün Tazahrumatu qəsəbəsində kimyəvi silahdan istifadə olunduğunu iddia edib.Faktı təsdiq edən İraq Türkmən Cəbhəsinin sədr müavini, Kərkük millət vəkili Həsən Turan əsasən türkmənlərin yaşadığı Tazahrumatu qəsəbəsində xardal qazından istifadə olunması barədə izlərə rast gəldiklərini deyib. İŞİD terrorçularının intensiv hücumlarına məruz qalan Tazahrumatu qəsəbəsində olan Nəcməddin Kərim yerli administrasiya ilə baş vermiş kimyəvi silah hücumları barədə müzakirələr aparıb. Görüşdən sonra jurnalistlərə açıqlama verən Kərim baş vermiş hücumdan sonra çox sayda yerli sakinin xəstəxanaya aparıldığını bildirib."Qəsəbəmiz uzun müddətdir İŞİD təhlükəsi altında yaşayır. Qruplaşmanın hədəfi qəsəbə sakinlərini qorxutmaqdır. Bölgədə istifadə olunan son bombaların tərkibində kimyəvi maddə olduğu müəyyən edilib. Hadisədən sonra xəstəxanaya çatdırılan bütün vətəndaşlarda nəfəs çatışmazlığı, allergiya, əksəriyyətində isə ciddi dəri yanıqları müşahidə olunub. Bu çox böyük bir təhlükənin işarəsidir".Həsən Turan isə keçirdiyi mətbuat konfransında qəsəbə sakinlərinin ciddi təhlükə ilə üz-üzə olduğunu deyib."Mülki əhaliyə qarşı istifadə olunan bombalarda xardal qazının aşkarlanması bizi ciddi şəkildə narahat edib. Təcili olaraq bölgə İŞİD terrorçularından təmizlənməlidir. Tazahrumatu 25 min türkmən əhalinin məskunlaşdığı bir yaşayış massividir. Təhlükəsizlik vəziyyəti və bombardman davam edərsə yerli sakinlər arasında böyük köç başlayacaq. Ərazidə böyük bir elektrik stansiyası var. Təbii qazla işləyən bu stansiya bombalanacağı təqdirdə qaz borularının partlaması nəticəsində Kərkük və ətrafını böyük təhlükə gözləyir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00