Ermənistanda parlament seçkilərinin keçirilməsi vaxtı açıqlanıb
İndiki deputatların səlahiyyət müddəti 2017-ci il mayın 31-də başa çatır
9 Mart 2016 18:38 DünyaErmənistanda növbəti parlament seçkiləri 2017-ci il aprelin 1-10 tarixləri arasında keçiriləcək. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli hökumətin sözçüsü, nazir David Arutyunyan parlamentə 6-cı çağırş seçkilərinin keçirilməsi, yeni Seçki Məcəlləsi layihəsi və konstitusiya normalarından danışarkən bildirib. Onun sözlərinə görə, martın 3-də Ermənistan hökumətinin qəbul etdiyi Seçki Məcəlləsinə əsasən, yeni parlamentə seçkilər mövcud məclisin səlahiyyət müddətinin başa çatmasına 50 gün qalmış keçirilməlidir. İndiki deputatların isə səlahiyyət müddəti 2017-ci il mayın 31-də başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00