Ancelina Colidən növbəti örnək davranış

Aktrisa Ancelina Coli uşaqları Şiloh, Zahara və Paksla birgə Los-Anceles hava limanında görüntülənib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 11 yaşlı Şilohun üzərindəki köynəkdə "Eynşteyn də qaçqın idi" yazısı diqqət çəkib. Bu, BMT-nin qaçqınlar mövzusunda xoşməramlı səfiri olan Colinin uşaqlarını da bu mövzuda məlumatlandırdığını gündəmə gətirib. Hər zaman qaçqınlara qarşı həssas olan aktrisanın bu hərəkəti də təqdir edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00