Dövlətin gəlirlərini öz gəlirlərinə çevirdi
9 Mart 2016 15:42 DünyaErmənistan prezidenti Serj Sarkisyanın Nəzarət Xidmətinin sabiq rəisi, indisə Dövlət Gəlirləri Komitəsinə sədr təyin olunmuş Hovanes Hovseyan ən rüşvətxor məmurlardan biridir. Milli.Az Yerevanda çıxan "Haykakan Jamanak" qəzetinə istinadən bildirir ki, H.Hovsepyan Ermənistan paytaxtındakı "Axtanak" parkının yaxınlığında özünə yeni villa tikdirir. Villanın dəyərinin minimum 2 milyon dollar olduğu deyilir. H.Hovsepyanın rəsmi gəlir deklarasiyasına baxsaq belə, varlı adamdır. Belə ki, o, son 4 ildə 3,2 milyon dollar gəlir əldə etdiyini deyib. Hovsepyanın gəlirlərinin real məbləği isə ən azı 40-50 dəfə çoxdur. Məmur gəlirlərinin mənbəyi ilə bağlı jurnalistlərin suallarını cavablamaqdan israrla boyun qaçırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00