Çexiyada avtobusun aşması nəticəsində 40-dək uşaq xəsarət alıb

Çexiyada məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 40 nəfər, o cümlədən 36 uşaq xəsarət alıb. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, yol qəzası paytaxt Praqadan 50 km şimal-qərbdə buzlu yolda baş verib. Yol qəzasına əlverişsiz hava şəraitində avtobusun yüksək surətlə hərəkət etməsi səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00