Fransada AES-də baş verən qəza gizlədilib

Fransa İsveçrə və Almaniyanın qovşağında yerləşən Fransanın Elzas əyalətinin 2014-cü ilin aprel ayında böyük bir faciədən döndüyü xəbərləri yayılıb. "OLAYLAR"-ın xəbərinə görə, Elzas əyalətinin Fussenhaym qəsəbəsinin yaxınlığında yerləşən Fransanın ən birinci Atom Elektrik Stansiyasında ciddi bir qəzanın baş verib. Lakin olay müvafiq dövlət təşkilatları tərəfindən gizlədilib. Fransanın Atom Enerjisinə nəzarət edən ASN təşkilatı isə qəzanın təhlükəsiz olduğunu bəyan edib. Alamaniyanın Ətraf Mühiti Muhafizə Nazirliyi də olayı təsdiqləyib. Almaniya və Fransanın Yaşıllar Partiyası ilə "Qrinpis" təşkilatı mütəmadi olaraq AES-in ərazisində etiraz mitinqləri keçirməkdədirlər .1977-ci ildə fəaliyyətə başlayan AES 1760 MeqaVatt enerji istehsal edir. Fransada 2017-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olan Alan Jüppe stansiyanın fəaliyyətini dayandırmayacaqlarını bəyan edib. Almaniyanın Fransa ilə sərhəddində yerləşən Baden Vürtenberq vilayətinin Ali Məclisi isə stansiyanın bağlanması üçün Fransa prezidentinə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00