Nurgül Yeşilçaya şər atdılar
9 Mart 2016 19:08 DünyaAktrisa Nurgül Yeşilçayın "Paramparça" serialından söyüş söyməsi və içki içməsinə görə ayrıldığı haqda şayiələr yayılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu iddialara aktrisanın meneceri Gülistan Tartardan cavab gəlib: "Serialı ərsəyə gətirən komanda yaxşı bilir ki, Nurgül ekran işindən ədəb-ərkanı ilə ayrılıb. O, dözülməz bir şəraitdə işləməməyi seçdi. Ayrılığından 2 ay sonra məqsədi bəlli olan bu böhtan, yalan xəbərləri yayanları, bundan özlərinə xeyir güdənləri qınayırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00