Latın Amerikası birləşir: neft bahalaşacaq
9 Mart 2016 12:10 DünyaLatın Amerikası və Qəraib hövzəsinin neft ixrac edən ölkələri qara qızılın qiymətinin düşməsi ilə əlaqədar vahid mövqe formalaşdırmağı qərara alıblar. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekvador xarici işlər naziri Qiyom Lonq söyləyib. Onun sözlərinə görə, bununla bağlı martın 11-də bu ölkələrin nümayəndələri Ekvadorda toplaşacaqlar:
"Neftin qiymətinin enməsi Latın Amerikası və Qəraib hövzəsi ölkələrini çətin vəziyyətə salıb. Latın Amerikası dünyanın neftə olan ehtiyacının üçdə bir hissəsini verir. Venesuela, Ekvador, Argentina, Boliviya, Kolumbiya və digər ölkələrin neftin qiymətinin enməsinə qarşı savaşda eyni mövqe tutması önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00