Ermənistanın xarici işlər nazirindən Rusiya ETİRAFI
9 Mart 2016 11:44 Dünya"Ermənistan Rusiya ilə hərbi və hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək". APA bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "Kommersant" qəzetinə müsahibəsində deyib. O, Azərbaycanın son illər öz hərbi xərclərini artırdığını söyləyib: "Biz Rusiya ilə müttəfiqik və strateji əlaqələrimiz, sıx hərbi, hərbi-texniki əməkdaşlığımız mövcuddur. Heç kəsə sirr deyil ki, biz ilk növbədə öz strateji müttəfiqimizdən silah alırıq. Rusiya ilə hərbi-texniki planda gələcəkdə də qarşılıqlı sıx əlaqədə olacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00