Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib

ABŞ qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirib. APA-nın "vesti.ru"ya istinadən verdiyi məlumata görə, faktı Pentaqon da təsdiqləyib. ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib. Piter Kuk əlavə edib ki, əş-Şişaninin ölümü İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00