Rusiya təyyarəsi qəzaya uğradı

Rusiyaya aid An-26 yük təyyarəsi Banqladeşdə qəzaya uğrayıb. qafqazinfo bildirir ki, qəzaya uğrayan təyyarə dənizə düşüb. Sərnişinlərdən 2-si balıqçılar tərəfindən xilas edilsə də, onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər ikisinin axtarışları davam etdirilir. Sərnişinlərdən dördü də Rusiya vətəndaşı olub.Qeyd edilir ki, təyyarə krevetka daşınması ilə məşğul olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00