Rusiya 14 yaşlı qızı öldürən ermənini axtarışa verdi

Rusiya polisi Kislovodsk şəhərində bir neçə gün öncə amansızlıqla öldürülən 14 yaşlı qızın qətlində əsas şübhəli bilinən şəxsi müəyyən edib. Modern.az bildirir ki, qətli 1996-cı il təvəllüdlü Artyom Akopyanın törətdiyi ehtimal olunur.   Stavropol diyarı üzrə istintaq komitəsinin sədr müavini Yekaterina Danilova Akopyanın federal axtarışa verildiyini bildirib.  Əslən Ukraynanın Donetsk vilayətindən olan 14 yaşlı qızın qaçqın kimi Rusiyaya sığındığı və martın 3-ü axşam evdən çıxaraq bir daha geri qayıtmadığı müəyyən olunub. Martın 4-də onun meyidi körpü altında tapılıb.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00