İŞİD-lə mübarizə apardıqları üçün hakerlərin hesabları bağlanır

Bunu beynəlxalq "Anonymous" haker qrupunun üzvləri bildiriblər. Virtualaz.org saytı "The Epoch Times" nəşrinə istinadla xəbər verir ki, beynəlxalq haker qrupu olan "Anonymous"un üzvləti onların hesablarının bağlanmasından şikayət edirlər. Hakerlərin sözlərinə görə, "Twitter" İŞİD-ə virtual müharibə elan etmiş qrupun üzvlərinin hesablarını qapayır. "Anonymous", "GhostSec" və "Ctrl Sec" qruplarının fəalları mütəmadi olaraq öz mikrobloqlarında İŞİD terrorçularının və onları dəstəkləyənlərin siyahılarını dərc edir, hamını həmin adamlar barədə məlumatları paylaşmağa çağırırlar. "Twitter" servisinin rəhbərliyi hələlik ittihamlara cavab verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00