“Facebook”da ölülərin sayı diriləri keçəcək

Vəfat edən istifadəçilərin profillərini silməyən "Facebook"da ölülərin sayı gələcəkdə dirilərin sayını keçəcək. İKT.lent.az-ın xəbərinə görə, Massaçusets Universitetinin apardığı araşdırmaya əsasən 2098-ci ildə "Facebook"da vəfat etmiş istifadəçilərin sayı yaşayanların sayını ötəcək. Araşdırmanın müəlliflərindən biri Haşem Sadikki bildirib ki, hazırda vəfat edən istifadəçinin profilini yalnız onun şifrəsini bilən başqa bir nəfər manual qaydada poza bilər O qeyd edib ki, "Facebook" rəhbərliyi buna çarə tapmalıdır. Bu il təxminən 1 milyon istifadəçinin vəfat edəcəyi gözlənilir.   
Qeyd edək ki, "Facebook"da 1,5 milyard nəfər aktiv istifadəçi var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00