"Serialı hələ də mənimlə reklam edirlər" - Nurgüldən Erkana

"Paramparça" serialının baş rol aktyoru Erkan Petekkayanın tərəf müqabili Nurgül Yeşilçayın serialdan ayrılması ilə bağlı dediklərinə qarşı tərəfdən cavab gəlib.  Türkiyə mətbuatının məlumatına görə, Petekkaya mediada aktrisa ilə öpüşmə problemi haqda yazılanları belə şərh etmişdi: "Öpüşmə ilə bağlı heç bir mübahisələr olmayıb. Nurgülün serialdan getməsində mənim günahım yoxdur. Bunlar hamısı yalandır, tək hədəf hamını təəccübləndirməkdir. Gerçəyi mən deyə bilmərəm, yoxsa çox pis hadisələr baş verər. Hamı öz taleyini özü yazır. Gerçək o qədər pisdir ki, danışsam yer yerindən oynayar. Mən bunu etmərəm". Nurgül Yeşilçay isə həmkarının bu sözlərinə əsəbiləşərək deyib: "Serialın reytinqi düşüb, ona görə də Erkan serialı hələ də mənim üzərimdən reklam eməkdən əl çəksin. Açıqlayacağı nə varsa, açıqlasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00