İrem Derici sabah Bakıya gəlir

Türkiyəli müğənni İrem Dericinin 8 Mart Beynəlxalq Qadınlar günündə Bakıda verəcəyi konsertinə biletlər az sayda qalıb. Bu haqda gecənin təşkilatçısı, "Vəlizadə organization"ın rəhbəri Tural Vəlizadə deyib. O, "Elektra events hall"da baş tutacaq tədbirə qatılan hər bir xanıma hədiyyə veriləcəyini bildirib: "Bakıda İrem Dericiyə böyük maraq var. Gecəyə olan bütün biletlərimiz satılıb. Yenidən bilet satışa çıxarmalı olduq. Çox maraqlı tədbir olacaq". Konsertə biletlərin qiyməti 30 manatdan 100 manata qədərdir. Mərasimin aparıcısı Lətafət Ələkbərova, informasiya dəstəyi isə Axşam.az saytıdır.

Biletləri şəhərin kassalarından və (055) 466 06 06 nömrəsindən əldə edə bilərsiniz.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00