Daha bir İŞİD lideri öldürüldü

Terrorçu İŞİD qruplaşmasının Suriyadakı "paytaxt"ı sayılan Rakkada yerli əhalinin formalaşdırdığı "Əl-Ansar" adlı silahlı təşkilatla atışma nəticəsində terrorçuların başçılarından biri - tunisli Əbu Əli ət-Tunisi öldürülüb. Report  bildirir ki, bu haqda Dəməşqdə çıxan "Əl-Vətən" qəzeti məlumat yayıb. Məlumata görə, yerli sakinlər İŞİD-ə qarşı mübarizədə "ənsar"ı dəstəkləyir. Xəbərdə bidirilib ki, ölkənin Rmeyla, Daraiya, Firdous, Əl-Acili, və Əl Bakri şəhərlərində də İŞİD-ə qarşı "üsyan" dəstəklənir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00