Brent markalı neftin qiyməti 40 dollara yüksəlir
7 Mart 2016 11:32 DünyaABŞ-da qazma qurğularının sayının azalması xəbəri fonunda bazar ertəsi dünyada neftin qiymətləri yenə yüksəlir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. Belə ki, dünya birjalarında "Brent" markalı neftin bir barelinin may fyuçerslərinin qiyməti 39,48 dollar təşkil edir. Yüngül neft markası WTI-ın bir barelinin aprel fyuçerslərinin qiyməti isə 36,59 dollardır. Keçən həftənin sonuna olan məlumata əsasən, ABŞ-da fəaliyyətdə olan qazma qurğularının sayı 2,6% azalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00