“Moody's” iqtisadiyyatı çətin vəziyyətə düşən ölkələrin adlarını açıqlayıb
5 Mart 2016 16:44 Dünya"Moody's" beynəlxalq reytinq agentliyi neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələri araşdırıb. ANS PRESS-in məlumatına görə, sözügedən ölkələr arasında Rusiya və Səudiyyə Ərəbistanı da var."Moody's" qlobal bazarlardakı qiymət düşmələrinin təsirindən büdcələri sarsılan neft istehsalçı və ixracatçısı olan ölkələr üçün daha bir zərbənin kredit olduğunu açıqlayıb. Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirərkən agentlik 6 neft ixracatçısı olan ölkənin kredit reytinqini aşağı salıb."Rusiyanın Ümumi Daxili Məhsulu 2,5%-ə qədər aşağı düşüb""Moody's" 2016-cı ilin fevral ayında Rusiyada Ümumi Daxili Məhsulun (ÜDM) 2,5%-ə qədər aşağı düşdüyünü bildirib. J.P.MORGAN isə neftin qiymətinin bir barelinin 31 dollar olduğu halda belə bundan sonra Rusiyada ÜDM-in 1,5% daha azalacağını qeyd edib.Beynəlxalq agentlik Bəhreynin də kredit reytinqinin azaldığını və azalmanın davam edəcəyini bildirib. "Moody's" yalnız neft istehsalçısı və ixracatçısı olan Norveçin kredit reytinqinin araşdırmalar nəticəsində dəyişməz qaldığını vurğulayıb.