Rusiya-Türkiyə qarşıdurması fəlakətlə nəticələnə bilər

Qarşıdurma və müharibə nə Türkiyəyə, nə Rusiyaya, nə də hər iki dövlətlə əlaqələrini gücləndirməyə çalışan ölkələrə lazim deyil.Milli.Az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.Onun sözlərinə görə, Rusiya KİV-lərində, xüsusilə də federal telekanallarda həyəcanverici şəkildə çox rahatlıqla Türkiyə ilə mümkün müharibədən bəhs edir və bu zaman əsaslandırmadan onun üzərində tam qələbəyə inamı fadə edirlər: "Ayrı-ayrı sağlam səslər və diqqətli olmaq çağırışları isə şovinistlərin küylü xorunda itib batır. Sonuncular özlərinə tərəfləri keyfiyyət və kəmiyyət baxımından müqayisə etmək və Rusiyanın Suriya və Ermənistandakı HHQ və HDQ-nin arxa və loqistik təminatının olmaması kimi vacib amili nəzərə almaq üçün əziyyət vermirlər.Aralarında erməni soyadlılarının da az olmadığı məsuliyyətsiz "ekspertlərin" əsaslandırmaları bu tezisə gətirib çıxarır: "bir türkləri həmişə döymüşük, əgər lazım gəlsə, bir daha döyərik".Millət vəkili bu arada tarixi və real hərbi-siyasi vəziyyətə də müqayisəli şəkildə toxunub: "XIX-cu əsrdə Rusiya və Türkiyə bir-biri ilə 4 dəfə müharibə ediblər: "Rusiya onlardan 3-də üstün olub, lakin 1853-56-cı illərdəki müharibədə Rusiya imperiyası gücünün ən yüksək zirvəsində olduğu dövrdə Böyük Britaniya və Fransanın Osmanlı İmperiyasına dəstəyindən sonra rüsvayçılıqla məğlub oldu. Halbuki, həmin dövrdə Rusiya öz ukraynalı, belorus, gürcü, moldovalı təbəələri də daxil olmaqla bütün pravoslav dünyası ilə yanaşı, milyonlarla bolqar, serb, yunan və rumınları da səfərbər etmişdi. İndi bu xalqlar formal da olsa, artıq ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi Türkiyənin NATO üzrə müttəfiqidirlər. İndi Rusiyanın yanında ermənilərdən başqa heç kim yoxdur.Ukrayna və Gürcüstan isə Moskvanın təkəbbürlü və təcavüzkar davranışından o qədər qəzəblidirlər ki, fürsət düşən kimi ona qarşı çıxmağa hazırdırlar. Azərbaycan HHQ elə indicə Türkiyənin Silahlı Qüvvələri ilə birgə hərbi manevrlərdə iştirak edir və bu da özlüyündə çox şeyi deyir. Rusiya və Türkiyənin son dəfə bir-birinə qarşı yüz ildən də çox əvvəl, hər iki imperiyanın məhvi ilə nəticələnən 1-ci Dünya müharibəsi dövründə çıxdıqlarını xatırlamaq da pis olmazdı".Politoloqun sözlərinə görə, göründüyü kimi, tarixi təcrübə və real mövcud olan hərbi-siyasi balans heç də müharibə tərəfdarlarının xeyrinə deyil: "Belə olan təqdirdə taleyini sınamağa dəyərmi? Rusiya Türkiyə ilə qarşıdurmadan hansı siyasi və iqtisadi gəlir əldə etmək istəyir? Bundan hansı tərəfin daha çox ziyan gördüyü və görəcəyini hesablamağın çox mənası varmı? Hələ ziddiyyətlərin qartması hərbi qarşıdurma riskinin də çoxaldığını demirik. Bunun nəticələri isə həm Rusiya və Türkiyənin özü, həm də onların qonşuları üçün fəlakətli ola bilər..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00