Gülən qrupundan mafiya liderinə təklif: "Bizimlə işlə"
5 Mart 2016 10:49 DünyaBir istintaq çərçivəsində ifadə vermək üçün İstanbul prokurorluğuna dəvət edilən Türkiyənin tanınmış mafiya lideri (baba) Kürşad Yılmaz Fətullah Gülənin lideri olduğu "Xidmət" camaatı barədə maraqlı iddialar səsləndirib. anspress bildirir ki, Yılmaz ifadəsində 2005-ci ildə camaatın Ankara təmsilçisi İsmayıl İssuz tərəfindən bu qruplaşmaya dəvət olunduğunu deyib."Kızılcahamamda (Ankara) qalanda Ömər Kiçik və qaynım Zəki Bacacının da olduğu bir yerdə İsmayıl İssuz mənə, "Gəl bizim mafiyamız ol. Ali məhkəmədə ələvilər və solçular çoxluqdadır. Onlardan bir-ikisini vursan, vətənə xidmət etmiş olarsan. Həm də onlar özlərini yığışdırarlar. Bir də Hırant Dink var, türk düşməni, onu da vurdur. Biz səni bu işlərə daxil etməyəcəyik" dedi", - Yılmaz ifadəsində bildirib.Kürşad Yılmaz ifadəsində camaatın CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ilə əməkdaşlıq etdiyinə dair məlumatlar əldə etdiyini deyib."Kızılcahamamdan ayrıldıq. Konyadan keçərək Manavqata gedərkən Ömər Kiçik Konyada mənim də daxil olduğum istintaqa baxan prokurorla görüşdü. Manavqata gedərkən Evrenseki bələdiyyəsinə getdik. Bizi bələdiyyə sədri qarşıladı. Arada mən İsmayılın xalasının oğlundan "Bunlar nə iş görürlər? Hər yerdə işlərini həll edirlər" - deyə soruşdum. O da mənə, "Onlar CİA ilə işləyirlər. Sən öz işlərinlə məşğul ol" dedi.İstanbula qayıdanda çox rahat gəzib-dolaşırdım. Heç kim məndən heç nə soruşmurdu. Təxminən 10 gündən sonra Ömər Kiçik, İsmayıl və polkovnik Hüseyn mənim yanıma gəldilər. 10-15 gün İstanbulda qaldılar. Gündüzlər nə iş gördüklərini bilmirdim. Mənə sənin işlərini görürük - deyirdilər. hər halda İstanbulda mənim izlənməyim kimi məsələlər idi" - deyə Yılmaz Kürşad əlavə edib.