Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası istifadəyə verilib

Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası açılıb. APA-nın "newyork.cbslocal.com" saytına istinadən verdiyi məlumata görə, "Oculus" adlı metro stansiyası 2001-ci il 11 sentyabr hadisələri ilə əlaqədar tikilmiş memorial kompleksin yaxınlığında inşa edilib. Stansiyanın girişi havaya qalxan ağ quş üslubunda inşa olunub. Müəllifi ispaniyalı rəssam-futurist Santyaqo Kalatravadır. Stansiyanın tikintisinə 3,9 milyard dollar vəsait sərf olunub. İlkin olaraq tikintiyə bundan iki dəfə az vəsaitin sərf olunacağı planlaşdırılırdı. Metro stansiyası nəzərdə tutulduğu kimi 5 ilə deyil, 12 ilə təhvil verilib. Nəqliyyat mərkəzi olan "Oculus" stansiyası metronun 11 xəttini özündə birləşdirir. Gün ərzində buradan 250 min sərnişinin istifadə edəcəyi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00