Avropa liderləri Putini Əsədə təsir göstərməyə çağırıblar

Fransa, Almaniya, Böyük Britaniya və İtaliya liderləri Rusiya prezidenti Vladimir Putini münaqişənin nizamlanması məqsədilə Suriya hakimiyyətinə təsir etməyə çağırıblar. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel bildirib. O deyib ki, liderlər arasında olan telefon danışığı zamanı iştirakçılar Suriyada siyasi prosesin tez bir zamanda başlanmasını istəyiblər.  Fransa prezidenti Fransua Olland liderlərin telefon danışığının faydalı olduğunu söyləyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00