Türkiyənin Şırnaq vilayətində 63 terrorçu öldürülüb

Türkiyənin müxtəlif vilayətlərində aparılan anti-terror əməliyyatları davam edir. APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Şırnaq vilayətinin İdil rayonunda fevralın 18-də başlayan əməliyyatlarda bu günə qədər 63 terrorçu öldürülüb, 3 terrorçu yaxalanıb. Rayonda küçələrdə partlayıcı qurğular quraşdırılmış çuxurlar qapadılır, barrikadalar götürülür. İndiyə qədər 132 barrikada götürülüb, 42 çuxur qapadılıb, 283 partlayıcı qurğu zərərsizləşdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00