"Ərə getmək, ana olmaq uşaqlıq arzum idi..."
4 Mart 2016 19:53 Dünya"Yeter" serialı ilə gündəmdə olan Pelin Karahan "BeStyle" jurnalı üçün obyektiv qarşısına keçib. "Hürriyet"də yazılan xəbərə görə, Bedri Güntayla ailə quran və Ali Demir adlı bir oğlu dünyaya gələn aktrisa uşaqlıq xəyallarının reallaşdığını deyib: "Hovuzlu bir ev, ərə getmək, uşağımın olması kimi standart qız uşağı arzularım vardı. Şükür ki, indi hamısının həyata keçdiyini görürəm. Bir arzum qaldı, o da şirniyyat mağazası açmaq. Çox uzun zamandır, belə bir niyyətim var, amma indi serial ön planda olduğu üçün bu istəyimi bir qədər arxa plana atmışam. Serial bitəndən sonra bunu edəcəyəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00