Pentaqon Kim Çenin nüvə silahını məhv etməyə hazırdır

ABŞ silahlı qüvvələri KXDR nüvə qüvvələrinə hücum etməyə və lazım olduğu halda məhv etməyə hazırıdır. Lenta.ru xəbər verir ki, bu bəyanatı Amerikanın müdafiə nazirliyinin məmuru deyib. KXDR lideri Kim Çen In nüvə qüvvələrinin istənilən anda düşmənə hücuma hazır olduğunu bildirdikdən sonra Pentaqon Şimali Koreya arsenalının təhlükəsinin qiymətini əvvəlki kimi aşağı səviyyədə saxlayıb. "ABŞ hökumətinin dəyərləndirməsi dəyişməyib", - o dəqiqləşdirib. "Biz Şimali Koreyanın sınağını və ya nüvə silahının miniatürləşdirmək bacarığının və ballistik raketlərin təchizatının nümayişini görməmişik", - məmur vurğulayıb. Mart ayının 4-də Kim Çen In KXDR-nın öz hərbi doktrinasına yenidən baxacağını, bunun ölkə üçün çox təhlükəli olan vəziyyətdə istənilən an zərbə endirməyə hazırlıq üçün lazım olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00