Polis terraktın qarşısını aldı

İstanbul polisi DHKP-C terror təşkilatının şəhərdə dəhşətli terror aksiyası törədəcəyi məlumatını alaraq dərhal hərəkətə keçib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, Qazi Osmanpaşa məhəlləsində üç terror təşkilatı üzvü həbs edilib. Əməliyat nəticəsində çoxlu sayda silah sursat ələ keçirilib. Şəbəkənin başcısı isə Karayolları rayonunda bir çayxanada həbs edilib. Şüphəlilərin böyük bir terror aksiyası hazırlığında olduqları sübuta yetrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00