Rusiyada vertolyot qəzaya düşdü - 4 nəfər yoxa çıxdı

Rusiya Daxili İşlər Nazirliyinə məxsus vertolyot qəzaya uğrayıb.  Rusiya KİV-i xəbər verir ki, bu gün səhər havaya qalxan vertolyotla əlaqə kəsilib. Daha sonra Mi-8-in Nerli çayına yaxın ərazidə qəzaya düşdüyü məlum olub. Vertolyotda olan 4 nəfərin taleyi ilə bağlı isə məlumat yoxdur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00