Türkiyə Baş Qərargah rəisi Almaniyada
4 Mart 2016 14:18 DünyaTürkiyə Silahlı Quvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar Almaniyaya səfər edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, general Almanya Baş Qərargah rəisi Volker Veykerlə və Almaniya müdafiə naziri Ursula Fon der Leyen ilə danışıqlar aparıb. Müzakirələrin əsas mövzusu Suriya münaqişəsi, PKK-PYD terror təhlükəsi, NATO çərçivəsində iki ölkənin hərbi əməkdaşlığı və qaçqınlar problemi olub. Görüşdə Rusiyanın bölgədəki hərbi fəaliyyətinin də müzakirə edildiyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00