Türkiyədə terrorçular hərbi şəhərciyə hücum edib: 2 şəhid, onlarla yaralı - YENİLƏNİB

Terrorçular bomba yüklənmiş maşını şəhərciyin yanında partladıblar

Terakt nəticəsində yaralananların sayı artıb. Türkiyə mediasının xəbərinə görə, yaralıların sayı 35 nəfərə çatıb. Bildirilir ki, hərbi şəhərcikdəki bina demək olar, tamamilə yıxılıb. Partlayışdan sonra şəhərciyə bitişik polis bölməsində də yanğın baş verib. Teraktdan sonra PKK üzvləri ilə bir müddət atışma yaşanıb. Hadisə yerinə əlavə hərbi qüvvə və yanğınsöndürənlər cəlb edilib.

***

Türkiyədə PKK terrorçuları daha bir terakt törədib. Sozcu.com.tr-nin xəbərinə görə, Mardin şəhərinin Nusaybin qəsəbəsində hərbi şəhərciyə bomba yüklü maşınla hücum təşkil edilib. Hadisə nəticəsində 2 əsgər şəhid olub, 14 yaralı var. Məlumata görə, terrorçular bomba yüklənmiş maşınla bərabər qumbaraatanlarla da terakta dəstək verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00