Almaniya restoranlarından müsəlmanlara jest
3 Mart 2016 18:50 DünyaAlmaniya Federativ Respublikasının bəzi restoran və yeməkxanalarında donuz ətindən hazırlanan sosis və digər ət məhsullarına qadağalar qoyulub. Faktxeber.com-a bildirir ki, sahibkarlar atdıqları bu addımın səbəbini müsəlman müştərilərinin dini hisslərinə qoyulan hörmətlə əlaqələndiriblər. Bundan əlavə qarşıdan gələn həftənin parlament gündəliyində donuz ətindən istifadəyə dair qanun lahiyəsi Bundestaqın gündəliyinə çıxarılacaq. Təşəbbüs Angela Merkelin sədri olduğu Xristian-Demokratlardan gəlib.
Partiyanın əyalət təmsilçilərindən olan Daniel Gunterin sözlərinə görə təmsil etdiyi bölgənin bağça, məktəb və bəzi yeməkxanalarında azsaylı seçicilərin təşəbbüsü ilə donuz ətindən istifadəyə məhdudiyyətlər qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00