Saxta "Facebook"u olanlara cinayət işi açılacaq

İngiltərədə saxta səhifələrə qarşı qeyri-adi təklif

Sosial şəbəkədə saxta hesab açmaq cinayət hesab ediləcək. Anspress-in məlumatına görə İngiltərənin Krallıq Məhkəməsi Təşkilatı "Twitter" və"Facebook" sosial şəbəkələrində saxta hesab açaraq insanları narahat edən, təhqir edən və ən əsası haqlarında yalan söyləyən şəxslərə qarşı hansı cəza tədbirlərinin görülməsinə dair plan işləyib hazırlayır. Təşkilat saxta hesab açmağı cinayət adlandırıb və onlara qarşı cinayət işinin açılması tələbi ilə çıxış edib. İngilis vəkil Alison Sanders deyib ki, bu cür insanlar elə düşünür ki, saxta profil arxasında gizlənmək olar və onları heç kim izlənməyəcək. "Lakin bu belə deyil cinayətkarlar internetdə "öz ayaq izlərini buraxa bilər"". Həmçinin vəkil bir şəxsin adından saxta profil açıb, yalan danışaraq o insanın etibarının itirilməsinin cinayət olduğunu qeyd edib. Məhkəmənin rəhbəri Cenni Hopkins bildirib ki, sosial media qadınlara qarşı zorakılığın gedərək daha sıx hal almasına səbəb olan bir maşına çevrilib. Birləşmiş Millətlər Təşkilatının 2015-ci il hesabatına görə, Avropa Birliyi ölkələrində kiber zorakılığa məruz qalan 15 yaş və ondan yuxarı qadınların sayı 32 milyona çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00