Rusiyada MSK sədri dəyişdirilir

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi haqqında fərman imzalayıb. APA  bildirir ki, sərəncama əsasən, Vasili Lixaçov, Ella Panfilova, Aleksandr Kinev, Boris Ebzeyev və Yevgeni Şevçenko Rusiya Mərkəzi Seçki Komissiyasının üzvləri təyin ediliblər. Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun adı isə siyahıya salınmayıb. MSK-nın hazırkı tərkibinin səlahiyyətləri martın sonunda başa çatır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00