"Ərindən nə zaman ayrılacaqsan?"

Bu yaxınlarda rejissor Fırat Parlakla Belçikada ailə quran aktrisa Burcu Kara xəstəxana ziyarətindən foto paylaşıb. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, izləyicilərdən biri fotonun altına "Təqribən nə zaman həyat yoldaşından ayrılacaqsan? Söylə, bilək, gizlətmə. 3 ay? 4 ay?" yazaraq aktrisanı əsəbləşdirib.

Burcu buna cavab olaraq belə yazıb:

"Belə bir fotonun altına sevgidən, vicdandan uzaq mesaj yazırsınız. Belə insanlara dözümüm yoxdur. Başqaları haqda danışmaq bu qədər asan olmamalıdır. Necə bir ailədə doğulub, necə evlilik görüb, bilmirəm. Amma onun bir qadın olması, bir ana ya da gələcəyin anası olmasından utanıram. Allah belə insanlara ağıl zənginliyi versin. Təəssüf".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00